Modern.az

Məleykə Abbaszadə: “Müəllim daim öz üzərində çalışmalıdır”

 Məleykə Abbaszadə: “Müəllim daim öz üzərində çalışmalıdır”

14 Dekabr 2013, 12:09

"Biliklərə əsaslanan cəmiyyətdə müəllimlər əsas istehsal qüvvəsidir. Ona görə də müəllimlərin qarşısında qoyulan çox önəmli məqsəd və strategiya ilk növbədə ictimaiyyət tərəfindən öyrənilməli və dərk edilməlidir”. Modern.az-ın məlumatına görə bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O, Azərbaycan müəllimlərinin 14-cü qurultayında çıxışı zamanı bildirib ki, gələcək nəsillərə öyrədilən  bilik və bacarıqlar  önəmlidir.

“Müəllim daim zamanın nəbzini tutmaq üçün öz üzərində çalışmalıdır. Hesab edirik ki,  pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrində  bakalavr səviyyəsində,  tədris proqramı halında müasir qiymətləndirmə nəzəriyyəsi kursu öz əksini tapmalıdır."- deyə M.Abbaszadə qeyd edib .

 

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı