Modern.az

Polis zabiti yol qəzasında həyatını itirdi

Polis zabiti yol qəzasında həyatını itirdi

Hadisə

9 Oktyabr 2024, 22:40

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi