Modern.az

Baş Prokurorluq Qəbələdə iki nəfərin öldüyü silahlı insidentlə bağlı məlumat yaydı

Baş Prokurorluq Qəbələdə iki nəfərin öldüyü silahlı insidentlə bağlı məlumat yaydı

14 Dekabr 2013, 12:12

"Dekabrın 13-də saat 17 radələrində Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsində yerləşən "Qəbələ" Ticarət Mərkəzinin qarşısında baş vermiş münaqişə zəminində rayon sakinləri - 1968-ci il təvəllüdlü Eldar Kərimovun və 1969-cu il təvəllüdlü Vasif Dadaşovun qəsdən öldürülməsi, 1987-ci il təvəllüdlü Zöhrab Cavadovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır". Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, "Vinçester" tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadə qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi "Vinçester" tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı