Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan millət vəkili Mustafa Balbay bu gün deputatı olduğu İzmir şəhərində həbsdən çıxandan sonra ilk mətbuat konfransını keçirir. İzmirlilərlə və jurnalistlərlə görüşən M.Balbayın maraqlı açıqlamalar verəcəyi gözlənilir.
Qeyd edək ki, M.Balbay Türkiyə siyasi səhnəsində tatnınmış şəxslərdən biridir. 2013-cü ilin 5 avqustunda məhkəmənin qərarı ilə 34 il 8 ay həbs cəzası verilmiş. M. Balbay bu il dekabrın 9-da azadlığa buraxılıb. O, hazırda da millət vəkili fəaliyyətini davam etdirir.