Modern.az

Məktəblərdə müəllimlər vahid formaya keçə bilər? - AÇIQLAMA

Məktəblərdə müəllimlər vahid formaya keçə bilər? - AÇIQLAMA

Təhsil

11 Oktyabr 2024, 12:34

Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbinin pedaqoji kollektivi 2024-2025-ci tədris ilindən vahid geyim formasına keçib.

 

Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir. Müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir. Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir.

 

Azərbaycanda digər məktəblərdə də müəllimlərin vahid formaya keçib-keçməməsi son zamanlar müzakirə olunan əsas məsələlərdən biridir.

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, vahid geyim formasına keçidin müsbət və mənfi tərəfləri var:

 

“Vahid forma sosial bərabərliyi təşviq edə bilər, çünki bütün müəllumlər eyni geyimdə olacaq. Məktəb mühitində diqqətin dərsə yönəlməsinə kömək edə bilər. Məktəb kimliyini və birliyini gücləndirə bilər. Təbii ki, az da olsa mənfi tərəfləri ola bilər. Fərdi ifadə azadlığını məhdudlaşdıra bilər. Bəzi müəllimlər üçün əlavə maddi yük ola bilər”.

Şura üzvünün sözlərinə görə, bu addımın digər məktəblərdə də atılması barədə qərar vermək üçün bir neçə amil nəzərə alınmalıdır:

1. Yerli icmanın fikirləri və ehtiyacları

2. Məktəbin resursları və müəllimlərin iqtisadi vəziyyəti

3. Təhsil məqsədləri və prioritetləri”

G.Əkbərova sonda qeyd edib ki, hər bir məktəb və icma fərqlidir:

“Ona görə də bu qərar yerli şəraitə və ehtiyaclara uyğun olaraq verilməlidir. Bəlkə də bəzi məktəblər üçün bu faydalı ola bilər, digərləri üçün isə lazımsız və ya hətta zərərli ola bilər”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI