Modern.az

Müdafiə Nazirliyi işdən çıxarılan hərbçilərlə bağlı AÇIQLAMA yaydı

Müdafiə Nazirliyi işdən çıxarılan hərbçilərlə bağlı AÇIQLAMA yaydı

Təhsil

14 Dekabr 2013, 15:21

Azərbaycanın yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun vəzifəyə təyin olunduğu 22 oktyabr tarixindən indiyə qədər xeyli kadr dəyişikliyi aparıb. Mətbuat nazirin kadr islahatlarına müxtəlif aspektlərdən yanaşır, bu istiqamətdə müzakirələr açır.
Azərbaycan Müdafiə Nazirliyi hərbi sahədə işdən çıxarılan hərbi qulluqçularla bağlı bu gün rəsmi açıqlama yayıb. Modern.az saytı nazirliyin mətbuat xidmətinə istinadən həmin açıqlamanı tədim edir:

“Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.
Əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol vermiş və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.
Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər.
Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir”.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı