Hindistanlı milyarder, Tata Group korporasiyasının direktorlar şurasının keçmiş sədri Ratan Naval Tata 86 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.
Mərhum milyarder həm də xeyriyyəçi kmimi tanınmışdı. O, təhsildən tutmuş səhiyyəyə qədər bir çox təşəbbüslər gerçəkləşdirib.
Ratan Tata 28 dekabr 1937-ci ildə anadan olub. O, nüfuzlu Tata hind ailəsinin nəslindən idi. 1990-2012-ci illərdə Tata Group-un sədri olub, 2016-cı ilin oktyabrından 2017-ci ilin fevralına kimi isə şirkətin müvəqqəti sədri olub.
Tata Group 1868-ci ildə yaradılıb və Hindistanın ən böyük şirkətlərindən biridir. İnformasiya texnologiyaları, energetika, maşınqayırma, materialların və kimyəvi maddələrin istehsalı sahəsində çalışır.