Modern.az xəbər verir ki, bu gün “ClimBaku” İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən Draytulinq üzrə ilk Respublika Çempionatına start verilib.
Çempionatın bu gün keçirilən təsnifat yarışında FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun (“Qərb Universiteti”, “AMEAST”, “A+A”, “Ekosport”, “Murov”, “FHN İdman Klubu”, “Salavat”, “Zirvə”, “Şahdağ”, “Yanardağ”, “Rock Stone”, “Babadağ”, “Qaya Qartalları”, “Mauntain Bee”, “Tanrıdağ”, “Gəncə”, “Daşkəsən”, “Kəmər Qaya”, “Nuxa”, “Gənclik”, “Macəra”, “Skautlar”, “İrəli”, “Memarlıq Akademiyası”, “Texniki Universitet”, “Qafqaz”, “Simurq”, “Kəpəz”, “Gömrük”, “Extralife”, “Kyanit”, “Şəki AMA” və s.) 160-dan artıq idmançısı qüvvələrini sınayıb. Yarış qızlar, oğlanlar və komandalar arasında keçirilib.Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirərək beynəlxalq yarışlarda Respublikanı təmsil edəcək milli komanda formalaşdırmaqdır. Çempionat iki gün davam edəcək.
Modern.az