Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtda ayrı-ayrı dini təriqətlərə məxsus şəxslər arasında beş vermiş silahlı insidentlər bağlı növbəti birgə məlumat yayıb. Modern.az-ın xəbərinə görə, məlumatda deyilir:
“Xəbər verildiyi kimi, dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıbar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə maddi sübutlar götürülmüş, bu ağır cinayətin iştirakçısı olan 7 nəfər saxlanılıb.
Aparılan araşdırmalarla bu ağır cinayət zamanı qumbaranın şəhər sakini Elşən Musayev tərəfindən atılması müəyyən edilib, onun evindən 1 avtomat silah, 32 ədəd patron və 2 patron darağı, hadisənin digər iştirakçıları - Zaur Paşayevin və Murad Məhərrəmovun yaşadıqları mənzillərdən 2 qumbara, 3 ov tüfəngi, 99 patron, qanunla qadağan olunmuş 58 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və xeyli sayda disklər aşkar edilib.
Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq, çinayətdə şübhəli bilinən daha üç nəfər - Sumqayıt şəhər sakinləri Elçin Mirzəyev, Tehruz Soltanov və Elman Məmmədli tutulublar.
Onların yaşadıqları evlərə baxış zamanı isə “Revolver” markalı tapança, 1 süngü-bıçaq, 2 ov tüfəngi, 139 ədəd müxtəlif çaplı patron, 2 patron darağı,1 əleyhqaz, qanunla qadağan olunmuş 100-dən çox dini ədəbiyyat və disklər götürülüb.
Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Modern.az