Modern.az

Uşağı olmayan ailələr vergi versin!

Uşağı olmayan ailələr vergi versin!

Dünya

11 Oktyabr 2024, 10:40

Rusiyada uşağı olmayan ailələrin vergi verməsi müzakirə olunur.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu təkliflə Dövlət Dumasının deputatı Yevgeni Fedorov çıxış edib.

 

O hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək.


Bununla belə Dumanın bir çox deputatı bu təklifə qarşı çıxıb.

 

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə ölkədə uşaqsızlığa görə verginin tətbiqi təklifini şərh edərkən parlamentarilərdən irəli sürdükləri təşəbbüslər üzərində diqqətlə düşünməyi xahiş edib.

 

Xatırladaq ki, sözügedən vergi növü 1940-cı illərdən etibarən Sovet İttifaqında tətbiq ediib. Yerli əhali arasında "subaylıq vergisi" adı ilə də bilinir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi