Modern.az

Azərbaycan - Slovakiya matçını onlar idarə edəcək

Azərbaycan - Slovakiya matçını onlar idarə edəcək

11 Oktyabr 2024, 12:22

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Roxit Saqqi olacaq. Ona yan xətt hakimləri Morten Yensen və Anders Olav Deyl kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?