Modern.az

Bələdiyyələrin DSMF-yə 8 milyon manat borcu var

Bələdiyyələrin DSMF-yə 8 milyon manat borcu var

11 Oktyabr 2024, 13:06

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın borcu var.

Modern.az xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir: “Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər”.

PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi