Modern.az

Sumqayıtda yol qəzası - Sürücü öldü

Sumqayıtda yol qəzası - Sürücü öldü

Hadisə

11 Oktyabr 2024, 16:02

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Məlumata görə, idarətmədən çıxan moped divara çırpılıb, nəticədə sürücü, 2008-ci il təvəllüdlü Eldəniz Elşad oğlu Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi