Modern.az

Ermənistanın sülh müqaviləsinə münasibətində ciddi ziddiyyət var

Ermənistanın sülh müqaviləsinə münasibətində ciddi ziddiyyət var

Aktual

11 Oktyabr 2024, 16:46

Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları Şurasının iclasında iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti dəfə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı əsas öhədlikdən yayınaraq bəyan edib ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Rizvan Nəbiyev MDB dövlət başçıları Şuraşı çərçivəsində səsləndirilən bu mövqe ilə 1996-ci ildə ATƏT-in Lissabon sammitində Ermənistanın ortaya qoyduğu mövqe arasında parallellər apararaq ciddi ziddiyətin olmasını bildirib:

"1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan məhz 5 iyul 1995-ci ildə qəbul edilmiş konstitusiyaya istinad edərək sammitin yekun sənədini imzalamaqdan boyun qaçırmışdı ki, ölkə konstitusiyası Qarabağı Azərbaycanın ərazisi kimi göstərən istənilən beynəlxalq sənədi imzalamağa imkan vermir.

O vaxt Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diplomatik çeviklik və məharət sayəsində ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Ermənistan istisna olmaqla, 53 iştirakçı dövlətin qoşulduğu və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bəyanat verildi. Ermənistan təkləndi, Azərbaycan ərazi bütövlüyünə beynəlxalq səviyyədə bir daha dəstək verildi.

İndi sual olunur, hələ də qüvvədə olan 1995-ci konstitusiyasında dəyişiklik edilmədən Ermənistanın Baş naziri Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında beynəlxalq müqaviləni hansı niyyətlə imzalamaq istəyir?".

Rizvan Nəbiyev yekun olaraq vurğulayıb ki, Ermənistan konstitusiyasında dəyişiklik edilənədək erməni baş nazirlər ya prezidentlər belə ziddiyyətli və qeyri-ardıcıl möveqə sərgiləməkdə davam edəcəklər. Nəitcədə sülh müqaviləsinin imzalanmasından tərəflər bir az da uzaq düşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi