Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinin hər biri 1 ton ağırlığında 83 bomba istifadə etdiyi yeraltı bunkerə hücum nəticəsində öldürülüb.
Modern.az xəbər verir ki, İsrail mediası Həsən Nəsrullahı məhv etmək üçün ABŞ-ın MK84 ağır bombalarından istifadə edildiyinə dair fərziyyələri təkzib edib.
Bildirilib ki, Nəsrullahın məhv edilməsi əməliyyatlarında İsrail istehsalı olan bombalardan istifadə edilib.
Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah İsrailin 27 sentyabrda Beyruta endirdiyi aviazərbələr nəticəsində öldürülüb.