Modern.az

"Bu potensialla istənilən rəqibə uduza bilərik" - Milli komandaya TƏNQİD

"Bu potensialla istənilən rəqibə uduza bilərik" - Milli komandaya TƏNQİD

İdman

12 Oktyabr 2024, 12:33

Azərbaycanın milli futbol komandası ötən gün Estoniya yığmasına 1:3 hesabı ilə məğlub olub. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun baş məşqçi təyin edilməsindən sonra milliyə ümidlər artsa da, komandanın ilk iki oyunda məğlubiyyətinə şahid olduq.

Modern.az mövzu ilə bağlı keçmiş futbolçu Ceyhun Sultanovla həmsöhbət olub.

Müsahibimiz qeyd edib ki, milli komanda dünənki oyunda ələ düşən imkanlardan istifadə etsəydi, hesab başqa cür olacaqdı:

 

“Əfsuslar olsun ki, millimizin indiki potensialı bundan ibarətdir. Komandamız özündən zəif rəqibə məğlub da ola bilər, özündən güclü rəqibə qalib də gələ bilər. Bu gün danışılası çox söz var. Bu sözlər illərdir danışılır, eynilə qalır.
Dünənki oyun onu göstərdi ki, istənilən rəqibə məğlub da ola bilərik. Bunu normal qarşılamaq lazımdır. Hamı bilməlidir ki, potensialımız belə rəqibləri həm udmağa, həm də uduzmağa yetərlidir”.
 

Müsahibimiz sosial mediada Fatih Terimin Azərbaycan milli komandasına gətirilə biləcəyi ilə bağlı iddialara da toxunub:


“Mən Fatih Terimin Azərbaycan millisinə gətiriləcəyinə inanmıram. Amma Fatih Terim də, başqası da gəlsə, heç nə dəyişməyəcək. Çünki bu ofis işi deyil ki, oturduğun yerdən idarə edəsən. Əgər meydançadan söhbət gedirsə, burada potensial olmalıdır. Əgər potensial yoxdursa, kimi gətirsən də, heç nə dəyişməyəcək. Mənə görə Terimin gəlməsi inandırıcı deyil. Terim, yaxud Santuş fərq etmir. Bizdə bu gün futbolçu potensialı aşağı səviyyədədir. Onu qaldırmaq lazımdır, baş məşqçini dəyişmək yox”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu