Modern.az

Livanda öldürülən SEPAH generalının cəsədi tapıldı

Livanda öldürülən SEPAH generalının cəsədi tapıldı

Dünya

12 Oktyabr 2024, 16:57

İsrailin Beyrut hücumunda ölən iranlı general Abbas Nilforuşanın cəsədi dağıntılar altından tapılıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi açıqlamasında bildirib.

Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumunda ölən general Abbas Nilforuşan SEPAH-ın Livandakı müşaviri idi.

Məlumata görə, sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldürülən general Abbas Nilforuşanın cəsədi axtarış qrupları tərəfindən tapılıb.

Nilforuşanın cənazəsinin İrana təhvil vaxtı və dəfn mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış