Tanınmış kardioloq həkim, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov zəli müalicəsi və hicamaya qarşı çıxış edib.
Modern.az-ın məlumatına görə, həkim bildirib ki, zəli müalicəsi və hicamanın dinimizlə əlaqəsi yoxdur və 5500 ildir dünyada istifadə edilir. O, bununla bağlı dindən sui-stifadə hallarının olmasından təssüflənib.
“Ona görə də öncə dinimiz və peyğəmbərimizlə insanlarımızı aldatmayın!”, - deyə o, xalq təbabətilə məşğul olan şəxslərə çağırış edib.
“zəli müalicəsi və hicamadan həm də tibbin olmadığı dövrdə istifadə edilməsi təbii və labüd olub. Amma 21-ci əsrdə hələ də ölkəmizdə istifadə edilməsi cəhalətin dibidir. Ağırlaşanda gələcəkləri yer isə tibbdir», - Ü.Rəhimov əlavə edib.
Kardioloq həkim insanları elmi əsası olmayan, sübuta söykənməyən dərman, fikir, təbibə güvənməyə çağırıb.
“Məqsədimiz xalqımızı şarlatanlardan qorumaqdır”, - deyə o vurğulayıb.