Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində qaz çəni partlayıb və yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mash Telegram kanalının məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 4-ə çatıb, partlayış qurbanları arasında təxminən 3 və 5 yaşlı iki uşağı olan qadın da var.