Modern.az

Mənzildən meyit tapıldı

Mənzildən meyit tapıldı

12 Oktyabr 2024, 21:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi