Modern.az

Xaçmazda fiziki qüsurlu şəxs döyüldü

Xaçmazda fiziki qüsurlu şəxs döyüldü

Hadisə

13 Oktyabr 2024, 00:27

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində fiziki qüsurlu şəxs döyülüb.

 

Modern.az xəbər verir ki, 57 yaşlı Akif Qədirov naməlum şəxs və yaxud şəxslərin hücumuna məruz qalıb.

 

Evində tək yaşayan A.Qədirov insult keçirdiyi üçün sərbəst hərəkət edə bilmir.

 

Hadisədən xəbər tutan yaxınları onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU