Modern.az

Ermənistanda buğda qıtlığı

Ermənistanda buğda qıtlığı

Dünya

13 Oktyabr 2024, 09:13

Ermənistan buğda qıtlığı problemi ilə üzləşib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əhalini strateji məhsul qıtlığının qarşısını almaq üçün buğda əvəzinə düyüyə keçməyə çağırıb.

 

Qriqoryan öz təklifini əsaslandırıb ki, Ermənistan ərzaq təhlükəsizliyinin keyfiyyətini yaxşılaşdırmalı, "yeni reallığa" uyğunlaşmalı və yeganə strateji məhsuldan asılılığlı dayandırmalıdır.

 

"Buğda strateji mal ola bilər, ancaq hansısa anda düyüyə keçə bilər, strateji mal olaraq düyüyə sahib ola bilərik", - Qriqoryan deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış