Modern.az

İsrail qırıcılarından Livana silsilə zərbələr

İsrail qırıcılarından Livana silsilə zərbələr

Dünya

13 Oktyabr 2024, 10:47

İsrail qırıcıları Livanın şimal-şərqinə silsilə zərbələr endirib.

 

Modern.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, İsrail hərbi aviasiyası Baalbek şəhərinin şimalında yerləşən Makna və Yunin yaşayış məntəqələri yaxınlığındakı hədəflərə hücum edib.

 

Digər təfərrüatlar açıqlanmır.

 

Qeyd edək ki, oktyabrın 13-nə keçən gecə İsrail ordusunun qırıcıları və artilleriyası Livanın cənub və şərq bölgələrindəki şəhərlərə güclü hücumlar həyata keçirib.

 

Daha sonra ölkənin Səhiyyə Nazirliyi İsrailin Livanın şimalındakı Ftuh-Kesrouan bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 15 nəfərin yaralandığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış