Modern.az

Baydenin Almaniyaya "vida" səfəri

Baydenin Almaniyaya "vida" səfəri

Dünya

13 Oktyabr 2024, 16:37

ABŞ prezidenti Cozef Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

 

Bayden əvvəlcə “Milton” qasırğası səbəbindən Almaniyaya planlaşdırılan səfərini ləğv edib. Bundan sonra Almaniyadakı “Ramşteyn” aviabazasında Ukrayna üzrə təmas qrupunun görüşü də təxirə salınıb.

 

ABŞ prezidentinin ölkə seçkiləri ərəfəsində Berlinə yüksək səviyyəli “vida” səfərinin planlaşdırılması Almaniya hökuməti və təhlükəsizlik qurumları daxilində artıq pərdəarxasında aparılır.

 

“Spiegel”in məlumatına görə, Baydenin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla rəsmi görüşləri cari təqvimlə oktyabrın 18-nə planlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış