Modern.az

Bakıda dəhşət: 37 yaşlı kişi baltalandı

Bakıda dəhşət: 37 yaşlı kişi baltalandı

Hadisə

13 Oktyabr 2024, 22:37

Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.

 

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

 

A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

 

Hazırda fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU