Modern.az

Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ

Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ

14 Oktyabr 2024, 07:36

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi