Modern.az

Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN

Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN

Dünya

14 Oktyabr 2024, 10:16

“Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq. Ermənistan qarşı tərəfə razılaşdırılmış maddələrlə sülh müqaviləsi bağlamağı təklif edib”.

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsdilzik Şurasının katibi Armen Qriqoryan Faktor TV-yə müsahibəsində deyib.

“Hesab edirik ki, mövcud problemlərin bir qismini razılaşdırılmış maddələrlə həll etmək olar, qalanları isə növbəti mərhələlərdə müzakirə olunacaq. Sülh sazişi də prosesin bir hissəsi kimi qəbul edilməlidir. İndiyə qədər həll edə bilmədiyimiz bəzi problemləri növbəti mərhələdə danışıqlar yolu ilə həll edəcəyik. Ermənistan mümkün qədər tez sülh sazişi bağlamağa hazırdır, həmçinin sülh sazişi danışıqlarının yekunlaşdırılmasında və onun tezliklə imzalanmasında ən yüksək səviyyədə fəal iştirak etməyə hazırdır”, - Qriqqoryan əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal