Modern.az

Mərkəzi Bankın maşınları satışa çıxarılır

Mərkəzi Bankın maşınları satışa çıxarılır

14 Oktyabr 2024, 11:20

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Mərkəzi Bankının balansındakı 15 nəqliyyat vasitəsini açıq hərraca çıxarmağa hazırlaşır.

Modern.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac noyabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Söhbət "Mercede Benz S500", "Mercedes Benz C180", "Audi A8", "Honda Accord", "Toyota Avalon", "Hyundai Grandeur", "Hyundai Equus" və "Mitsubishi Galant" markalı minik avtomobillərindən gedir.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri noyabrın 23-nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi