Modern.az

HƏMAS-ın komandiri öldürüldü

HƏMAS-ın komandiri öldürüldü

Dünya

15 Oktyabr 2024, 07:40

İsrailin Müdafiə Ordusu sentyabrda Qəzza zolağına endirdiyi hava zərbələri zamanı HƏMAS hərəkatının Hərbi Hava Qüvvələrinin komandiri Samir Əbu Dakkanın öldürüldüyünü açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

 

“Əbu Dakka HƏMAS-ın Hərbi Hava Qüvvələrinin 2023-cü ilin oktyabrında öldürülmüş əvvəlki rəhbərini əvəz edib”, - məlumatda deyilir.

 

Ordunun məlumatına görə, Əbu Dakka pilotsuz təyyarələrin İsrail ərazisinə buraxılmasına cavabdeh idi və HƏMAS-ın hava qüvvələrinin yaradılmasında mərkəzi rol oynayan fiqurlardan olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış