Modern.az

Gədəbəydə məmur müəllimi qaçırdı

Gədəbəydə məmur müəllimi qaçırdı

Hadisə

15 Oktyabr 2024, 11:00

Gədəbəydə məmur qız qaçırıb.

Modern.az xəbər verir ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı İdarəsinin baş mühəndisi A.İ. rayonda müəllim kimi çalışan qadını qaçırıb.

Həyata keçirilən tədbirlərlə A.İ-nin yeri Yevlax rayonunda müəyyən edilib və onun avtomobili saxlanılıb. Zorla qaçırıldığı bildirilən qadın ailəsinə təhvil verilib.

Hadisəni törətmiş məmur saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Milli.az saytı yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi