Modern.az

Parlamentdə Ziyafət Əsgərovun vəzifəsi ona həvalə EDİLDİ

Parlamentdə Ziyafət Əsgərovun vəzifəsi ona həvalə EDİLDİ

15 Oktyabr 2024, 11:48

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

 

Modern.az-ın məlumatına görə, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.

 

Nümayəndə heyətinin digər üzvləri isə Könül Nurullayev, Samir Vəliyevdir.

 

Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

 

Keçmiş nümayəndə heyətində Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular