Modern.az

Azərbaycan və Rusiya Baş nazirləri telefonla DANIŞDILAR

Azərbaycan və Rusiya Baş nazirləri telefonla DANIŞDILAR

Ölkə

15 Oktyabr 2024, 15:02

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Nazirlər Kabinetindən Modern.az verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib.

Bundan əlavə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Eyni zamanda hər iki tərəf gündəlikdə olan məsələləri birgə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək