Modern.az

Balotellinin yeni komandası

Balotellinin yeni komandası

İdman

15 Oktyabr 2024, 18:42

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirəcək.

 

Modern.az xəbər verir ki, 34 yaşlı hücumçu A Seriyasında çıxış edən “Cenoa” klubu ilə anlaşıb.

 

Yeni komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq forvardın məvacibi 250-300 min avro olacaq.

 

Qeyd edək ki, Mario Balotelli son olaraq Türkiyədə “Adana Dəmirspor”un formasını geyinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu