İmişli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Adəm Əzizalıyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Vüsal Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Qəza zamanı "Prius" kanala düşüb. Hadisə zamanı xəsarət alan hər iki sürücü və sərnişinlər Natiq Nəsirov, İsmayıl Abbasov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.