Modern.az

Ürəyimiz bu qədər döyünürmüş...

Ürəyimiz bu qədər döyünürmüş...

Dünya

15 Oktyabr 2024, 22:26

İnsanın ürəyi ömrü boyu 2,85 milyard dəfə döyünür.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Live Science" nəşrində dərc olunma məqalədə qeyd olunur.

 

Mütəxəssislər qeyd edirlər ki, insanların gündəlik ürək döyüntüsü bir-birindən çox fərqlənir. Bildirilir ki, maksimum ürək dərəcəsi insan orqanizminin həyat tərzindən və fərdi xüsusiyyətlərindən asılıdır. 

 

Alimlərin fikrincə, ürək əzələsi insanın fiziki aktivliyinin artması və ya azalmasına çox tez reaksiya verir. Mütəxəssislər onu da deyirlər ki, insanın ürək döyüntüsü yaşlandıqca yavaşlayır.

 

Həkimlər, həmçinin ürəyi qorumaq üçün stress səviyyəsini nəzarətdə saxlamağa, yuxu rejiminə riayət etməyə, idmanla məşğul olmağa və düzgün qidalanmaya çağırırlar.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış