Modern.az

Dönərdən 21 nəfər zəhərlənibmiş - Rəsmi AÇIQLAMA

Dönərdən 21 nəfər zəhərlənibmiş - Rəsmi AÇIQLAMA

Ölkə

16 Oktyabr 2024, 12:04

Tovuzda dönərdən 21 nəfər zəhərlənib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Qeyd olunub ki, 14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

 

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb", - açıqlamada deyilir.

 

Qeyd edək ki, bundan əvvəl 18 nəfərin zəhərləndiyi barədə xəbər yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək