Modern.az

Yeni layihə: məskunlaşma prosesi xarici mediada 

Yeni layihə: məskunlaşma prosesi xarici mediada 

14 İyun 2024, 14:07

Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsinini icrasına başlayıb.

Modern.az xəbər verir ki, layihə çərçviəsində üç xarici ölkədən jurnalistlər Azərbaycana dəvət olunacaq, onların Qarabağa səfəri təşkil ediləcək.

Səfərdən sonra xarici media nümayəndələri təmsil etdikləri media qurumlarında məskunlaşma prosesinə dair materiallar paylaşacaqlar. Bundan əlavə, layihə çərçivəsində “İrəvana doğru” populyar internet proqramı çərçivəsində məskunlaşma prosesinə dair müzakirələr təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?