Modern.az

"Zurabişvilini bir aydan sonra hakimiyyətdən uzaqlaşdıracağıq"

"Zurabişvilini bir aydan sonra hakimiyyətdən uzaqlaşdıracağıq"

Dünya

16 Oktyabr 2024, 15:08

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra hakim “Gürcü arzusu” partiyası prezident Solome Zurabişvilini impiçment yolu ilə texniki cəhətdən istefaya göndərəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.


"Bir aydan sonra biz prezidenti impiçment yolu ilə uzaqlaşdıracağıq", - Kobaxidze qeyd edib.

 

Qeyd edək ki, "Gürcü arzusu" parlament seçkilərində konstitusion çoxluq əldə etməyi hədəfləyir. Hazırda parlamentdə partiyanın daxil olduğu qrupun 84 mandatı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış