Modern.az

Azərbaycan deputatı Laosa gedir

Azərbaycan deputatı Laosa gedir

Parlament

16 Oktyabr 2024, 16:20

Milli Məclisin deputatı Zaur Şükürov Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının tədbirində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, Zaur Şükürov oktyabrın 17-də bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək üçün Laos Xalq Demokratik Respublikasının Vyentyan şəhərinə səfər edəcək.

 

Sessiyada “İnteqrasiya və inklüziv artım üçün parlament əməkdaşlığı” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

 

Səfər oktyabrın 21-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI