Modern.az

Ərzaq təhlükəsizliyi ciddi problemə çevrilib-LAYİHƏ

 Ərzaq təhlükəsizliyi ciddi problemə çevrilib-LAYİHƏ

17 Dekabr 2013, 09:43

 “Ərzaq Təhlükəsizliyi Uğrunda “ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi  “Ərzaq təhlükəsizliyində mövcud vəziyyət: problemlər və perspektivlər”” layihəsi üzrə 7-12 dekabr  2013- cü il  tarixində Salyan, Cəlilabad və Masallı şəhərlərində  fermerlər və kənd təsərrüfatı işçiləri, habelə yerli icra və bələdiyyə orqanları nümayəndələri ilə görüş keçirib.

Birlikdən verilən məlumata görə, görüşdə ərzaq təhlükəsizliyiinin mahiyyəti açıqlanıb, ərzaq təminatının tarixi inkişafı, ərzaq təhlükəsizliyi probleminin XX əsrin sonlarında qlobal xarakter almasının səbəbləri, bu məsələnin həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və onların həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verilib.

 Eyni zamanda bildirilib ki, ərzaq təhlükəsizliyi məsələsi bütöv dünya, ayrıca regionlar, ölkələr, insan qrupları, ailə və ayrı-ayrı adamlar timsalında baxıldığına görə bu problem ümumbəşəri bir problemdir və bu mənada dünya ictimaiyyətini narahat edən əsas qlobal problemlərdən biridir. Ərzaq təhlükəsizliyinin iqtisadi təhlükəsizliklə yanaşı həm də ekoloji, sosial və siyasi təhlükəsizliyin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etməsi onun hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olmasını zəruri etməsi konkret faktlarla izah edilib.

 Əsas diqqət respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlərə yönəldilib, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı ilə bağlı qəbul edilmiş  iki Dövlət Proqramları və onların icrası barədə məlumatlar verilibr. Bundan başqa hər bir insanın sağlam yaşaması və məhsuldar  fəaliyyəti üçün tələb olunan fizioloji normalar əsasında illik əsas ərzaq məhsullarına tələbatı, bu tələbatı ödəmək üçün ölkəmizdə fiziki və iqtisadi əlçatanlıq istiqamətində həya keçirilən tədbirlər və mövcud vəziyyət görüş iştirakçılarının diqqətinə çatdırıldı. Bununla yanaşı ərzaq təhlükəsizliyinin təmin olunmasına təsir göstərən xarici və daxili amillər barədə ətraflı danışılmış və qeyd olunub ki, bu amillər sırasında ərzaq təhlükəsizliyinin baza hissəsini təşkil edən kənd təsərrüfatının inkişafı həlledici əhəmiyyət daşıyır.

 Görüşdə bildiridbi ki, kənd təsərrüfatı əhalini ərzaqla və sənayeni xammalla təmin etdiyinə görə bu sahəyə dövlət büdcəsindən müntəzəm olaraq subsidiyalar ayrılması, güzəştlər edilməsi və digər imtiyazlar verilməsi ölkəmizdə aqrar sahənin davamlı və uzun müddətli inkişafına təkan verib. Bunun nəticəsində bir çox əsas ərzaq məhsullarına görə respublikamızda yerli istehsal hesabına özünü təmin etmə səviyyəsi yüksəlmiş və idxaldan asılılıq aradan götürülüb.

Bununla belə görüşdə qeyd olunub ki, ölkə əhalisini fizioloji normalar əsasında yerli istehsal hesabına tam təmin etmək və bəzi kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaq üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var.

 Layihənin rəhbəri Zahid Abbasov “Ərzaq təhlükəsizliyində mövcud vəziyyət: problemlər və perspektivlər” layihəsi üzrə görüşlərə yekun vuraraq ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici bazarlara çıxmaq üçün respublikamızda böyük potensialın mövcud olduğunu, problemin həllində fermerlərin və kənd təsərrüfatı işçilərinin fəal iştirakına ehtiyac olduğunu qeyd edib.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı