Modern.az

Şirməmməd Hüseynovun 89 yaşı tamam oldu

Şirməmməd Hüseynovun 89 yaşı tamam oldu

17 Dekabr 2013, 10:27

Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 89 yaşı tamam olub.
Modern.az-ın məlumatına görə, Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.

Modern.az bütün jurnalistlərin qocaman müəllimini ad günü münasibətilə təbrik edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı