Modern.az

Azərbaycanda birləşdiriləcək bələdiyyələrin SİYAHISI

Azərbaycanda birləşdiriləcək bələdiyyələrin SİYAHISI

Parlament

17 Oktyabr 2024, 11:54

Azərbaycanda birləşdiriləcək bələdiyyələr məlum olub.

 

Modern.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanuna əsasən, Bakıda bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:

 

Xəzər rayonu üzrə:

 

- Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

 

Qaradağ rayonu üzrə:

 

- Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

 

- Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

 

Pirallahı rayonu üzrə:

 

- Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

 

Səbail rayonu üzrə:

 

- Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.

 

Tam siyahı ilə tanış olmaq üçün bu linkə keçid edin.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI