Modern.az

İrəvanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə parlament dinləmələri başladı 

İrəvanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə parlament dinləmələri başladı 

Dünya

17 Oktyabr 2024, 12:06

Oktyabrın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də parlamentin Ermənistanın Müstəqillik Bəyannaməsinə dair bəyanat layihəsi üzrə dinləmələr keçirilir.

Modern.az xəbər verir ki, dinləmələr “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb.

Dinləmələr müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünaslar, həmçinin “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın iştirakı ilə keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış