Modern.az

Azərbaycan hərbi xərclərini 1.7 milyard ARTIRIR - SƏBƏB

Azərbaycan hərbi xərclərini 1.7 milyard ARTIRIR - SƏBƏB

17 Oktyabr 2024, 16:17

Gələn ilin büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ilkin varintla müqayisədə artırılacaq.

 

Modern.az xəbər verir ki, müdafiə və təhlükəsizlik xərcləri ilkin variantda nəzərdə tutulan 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılacaq.

 

Maliyyə Nazirliyi bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb.

 

Xərclər aşağıdakı kimi bölüşdürüləcək:

 

müdafiə qüvvələri – 2 665 277 196,0

milli təhlükəsizlik – 467 917 873,0

sərhəd xidməti – 540 314 143,0

müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0

müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673,0

 

Nazirlik qeyd edib ki, hərbi xərclərin artırılmasına əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu