Azərbaycan 2-ci Liqasında çıxış edən “Lerik” klubu maliyyə problemi olduğuna görə “Şəfa” ilə bu gün baş tutmalı oyun üçün Bakıya gələ bilməyib.
Modern.az xəbər verir ki, leriklilər meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alacaq.
Bu barədə rəsmi qərar İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.
Peşəkar Futbol Liqasından matçla bağlı açıqlama verilib: “Lerik” klubu maliyyə problemi ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. PFL prosedura uyğun olaraq əlaqədar komitələri və “Lerik” klubunun cari turdakı rəqibini bununla bağlı məlumatlandırıb. Qaydalara uyğun olaraq oyun rəsmiləri, “Şəfa” klubu matçın təyin olunduğu vaxtda stadionda olublar. Prosedur olaraq oyunun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət gözlənilib və daha sonra görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb. Məsələyə AFFA İntizam Komitəsində baxılacaq”.