Xəbər verdiyimiz kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.
Modern.az-ın məlumatına görə, televiziya kanallarına danışan bina sakinləri bildiriblər ki, hadisə səhər 06:20 radələrində baş verib. "Həmin anda şimşək çaxırdı və partlayış ondan sonra baş verdi", - sakinlərdən biri deyib.
Qeyd olunur ki, dağıntı baş verən mənzildə yaşayanlar kirayədə qalırmışlar.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib. Ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür.
Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.