Modern.az

Fazil Mustafa Prezidentə müraciət etdi

Fazil Mustafa Prezidentə müraciət etdi

17 Dekabr 2013, 12:41

 

Modern.az xəbər verir ki, Milli Məclisin plenar iclası öz işinə başlayıb. İclasda çıxış edən deputat Fazil Mustafa bildirib ki, son vaxtlar prezident tərəfindən qəbul olunan mütərəqqi layihələr ictimai rəy tərəfindən müsbət qarşılanır. “Digər mühüm sərəncam Məmməd Əmin Rəsulzadənin yubileyinin qeyd edilməsi haqqında verilən sərəncamdır. Ayrı-ayrı şəxsiyyətlərə dövlət sahib çıxmalı və dəstələrin inhisarından çıxarılmalıdır. Nabat xanım Aşurbəyovanın adının verilməsi və Mustafa Sübhinin adının götürülməsi bunu bir daha göstərdi. Nuru paşanın xatirəsinin əbədiləşdirilməsini təklif edirəm. İstərdim ki, prezident bu mütərəqqi qərarı da versin”, – deyə deputat əlavə edib.

Fazil MustafaMilli Məclisdə  Rəsulzadə ilə bağlı elmi-praktik konfrans keçirilməsini təklif edib.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı