Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat İqbal Ağazadə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarının olduğunu deyib.
“Ölkə boyu siyasi məhbus kateqoriyasında olan şəxslərin məhkəmələri gedir. Bu məhkəmlərdə siyasi motivlər səsləndirilir. İlqar Məmmədov, Tofiq Yaqublu və digərlərinin məhkəmələrini nəzərdə tuturam”.
Deputat 31 dekabrda Milli Məclis və ya Prezident tərəfindən Amnistiya Aktını imzalamağa çağırıb.
Modern.az