Modern.az

Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirdi

Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirdi

17 Dekabr 2013, 12:56

Modern.az saytı xəbər verir ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarı dərc edilib.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarda Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və  ölkə başçısının 2006-cı il 18 dekabr tarixli 489 nömrəli fərmanının 2-ci hissəsinə istinad edilib.

“İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2013-cü ilin  28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilsin”-deyə qərarda bildirilib.

Bununla da dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı