Modern.az saytı xəbər verir ki, Milli Məclisdə "Deputatın statusu haqqında" qanuna dəyişiklik edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bu barədə məlumat verib. Qanunun 21-ci maddəsinin üçüncü hissəsinə edilən dəyişikliklərə görə, Milli Məclis sədrinin əməkhaqqı artırılıb.
Parlamentdə spikerin 2250 manat əməkhaqqı alması təsdiq edilib.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, “2008-ci ildən bəri deputatların maaşı artırılmayıb. Bu il isə artım 15,3 faizdir”.
Bununla da həm də Milli Məclis üzvlərinin hamısının əmək haqqı artırılıb.
Qeyd edək ki, parlamentin digər üzvlərinin də maaşı spikerin əməkhaqqına uyğun hesablanır. Belə ki, I vitse-spiker Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə sədri 80 faizi, Milli Məclisin komitə sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi həcmində əmək haqqı alır.
Modern.az